Aİ ölkələrində ukraynalı qadınların hərbi öhdəlikləri yoxlanılır
Avropa İttifaqı ölkələrində müvəqqəti müdafiə üçün müraciət edən ukraynalı qadınların hərbi öhdəliklərinin olub-olmaması ilə bağlı yoxlamalara başlanıldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, Ukrayna mediası bu barədə məlumat yayıb.
Məlumata görə, müdafiə statusunun rəsmiləşdirilməsi zamanı bəzi Aİ ölkələrində ukraynalı qadınların hərbi qeydiyyat və öhdəlikləri ilə bağlı məlumatların da yoxlanılması həyata keçirilir.
15:36 15.08.2026
Oxunuş sayı: 45