Rusiya MN: Ukraynanın logistika və enerji obyektləri vurulub
Rusiya Silahlı Qüvvələrinin Ukraynada logistika mərkəzlərinə, yanacaq-energetika və nəqliyyat infrastrukturu obyektlərinə, həmçinin pilotsuz katerlərə zərbələr endirdiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə yeni brifinqində məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya hava hücumundan müdafiə vasitələri sutka ərzində 7 idarəolunan aviasiya bombası, 17 “Flaminqo” raketi və Ukraynaya məxsus 1 328 təyyarə tipli PUA-nı vurub. Rusiya tərəfi həmçinin Ukrayna Silahlı Qüvvələrinin sutkalıq itkilərinin bütün istiqamətlər üzrə təxminən 1 375 hərbçi olduğunu açıqlayıb.
15:27 15.08.2026
Oxunuş sayı: 44