Kreml müharibəni bitirmək deyil, şərtlərini qəbul etdirmək istəyir
Moskva Ukrayna ilə real danışıqların aparılması ideyasını qəsdən rədd edir və yalnız öz şərtləri əsasında razılaşma əldə etməyə çalışır.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu bu barədə məlumat yayıb.
Analitiklərin fikrincə, Rusiya hakimiyyəti sentyabrın 18-20-də keçiriləcək Dövlət Dumasına seçkilər ərəfəsində cəmiyyəti səfərbər olunmuş və müharibə tərəfdarı vəziyyətdə saxlamaq istəyir. Rusiya xarici işlər naziri Sergey Lavrov da Moskvanın mövcud cəbhə xəttini sadəcə rəsmiləşdirən atəşkəslə razılaşmayacağını və “uzunmüddətli, etibarlı və dayanıqlı” nizamlanmaya nail olana qədər müharibəni davam etdirəcəyini bildirib.
İnstitut həmçinin Moskvanın Türkiyə və Ukraynanın Qara dənizdə ticarət gəmilərinə zərbələrə moratorium tətbiq edilməsi təşəbbüsünü də rədd etdiyini qeyd edir. Analitiklər bunu Rusiyanın maksimalist məqsədlərinə çatmasına imkan verməyən hətta məhdud atəşkəs variantlarına belə maraq göstərmədiyinin göstəricisi kimi qiymətləndirirlər.
13:07 15.08.2026
Oxunuş sayı: 46