Kolumbiyada mədəndə baş verən partlayış nəticəsində - 5 işçi ölüb
Kolumbiyanın Kundinamarka əyalətinin Kukunuba şəhərində yerləşən mədəndə baş verən partlayış nəticəsində azı 5 işçi ölüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Xilasetmə və axtarış-xilasetmə qrupları partlayışdan sonra itkin düşən 6-cı işçinin axtarışlarını davam etdirir.
Hadisənin səbəbləri araşdırılır. Mədəndə baş verən partlayışla bağlı əlavə məlumatların veriləcəyi bildirilib.
12:16 15.08.2026
Oxunuş sayı: 49