İnvestisiya və iqtisadi əməkdaşlığın inkişaf perspektivləri
Bəli Azərbaycanın beynəlxalq nüfuzu Cənab Prezidentin rəhbərliyi ilə günü-gündən artır. Bir gənc olaraq Azərbaycanın qazandığı uğurlara sevinir və daha çoxlu olacaqığına İnanıram. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbir ölkəmizin investisiya imkanlarının təqdim edilməsi və beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, enerji potensialı, nəqliyyat-logistika imkanları və həyata keçirilən iqtisadi islahatlar ölkəmizin beynəlxalq investorlar üçün yeni əməkdaşlıq imkanları formalaşdırmasına şərait yaradır. Forum çərçivəsində müxtəlif sahələri əhatə edən investisiya layihələri üzrə sənədlərin imzalanması və mübadiləsi Azərbaycanın beynəlxalq iqtisadi tərəfdaşlığının genişləndiyini nümayiş etdirir. Bu sənədlər enerji, sənaye, nəqliyyat, texnologiya və digər istiqamətlərdə yeni layihələrin həyata keçirilməsi üçün mühüm əsas yaradır.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu həmçinin ölkəmizin qeyri-neft sektorunda investisiya imkanlarının artırılması, müasir texnologiyaların tətbiqi və yeni iqtisadi əlaqələrin qurulması baxımından əhəmiyyətlidir. İnvestisiya layihələrinin genişlənməsi yeni istehsal sahələrinin yaradılmasına, iqtisadi aktivliyin artmasına və müasir iş imkanlarının formalaşmasına töhfə verə bilər. Bakı Dövlət Universitetinin Geologiya və geofizika mühəndisliyi ixtisasında təhsil alan bir gənc kimi xüsusilə təbii ehtiyatlardan səmərəli istifadə, geoloji araşdırmaların inkişafı və müasir texnologiyaların tətbiqini diqqətəlayiq hesab edirəm. Bu istiqamətdə beynəlxalq investisiyaların artması Azərbaycanın geologiya, enerji və mədən sənayesində yeni layihələrin və əməkdaşlıq imkanlarının yaranmasına şərait yarada bilər.
Əminəm ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində əldə olunan razılaşmalar Azərbaycanın iqtisadi potensialının daha da gücləndirilməsinə, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinə və ölkəmizin investisiya imkanlarının dünyada daha geniş tanıdılmasına mühüm töhfə verəcək.

Maqsud Əhmədzadə
YAP Yasamal rayon təşkilatının fəal gənci
11:42 29.09.2026
Oxunuş sayı: 46