İstanbulda özünü MİT əməkdaşı kimi təqdim edən şəxslərə əməliyyat
İstanbulda özlərini MİT (Milli Kəşfiyyat İdarəsi) əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxslərə qarşı əməliyyat keçirilib. Şübhəlilərin cinayət işlərini həll etmək vədi ilə zərərçəkənlərdən pul aldıqları müəyyənləşdirilib. Əməliyyat zamanı üç şübhəli saxlanılıb.
Crossmedia.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, təşkilatlanmış cinayətlərlə bağlı araşdırma çərçivəsində Süleyman Solgun, Gökhan Hüseyin Sarıcı və Abdullah Doğanın saxlanılması üçün İstanbul və Ankarada 4 ünvanda əməliyyat keçirilib. Şübhəlilərin özlərini MİT əməkdaşı kimi təqdim edərək nazir və nazir müavinləri ilə əlaqələrinin olduğu görüntüsü yaratdıqları, zərərçəkənlərin, o cümlədən qətl işi ilə bağlı hüquqi problemlərini həll etmək vədi ilə dələduzluq etdikləri müəyyənləşdirilib. Araşdırma davam etdirilir.
17:20 14.08.2026
Oxunuş sayı: 45