ABŞ kəşfiyyatı Ukrayna ordusunda canlı qüvvə çatışmazlığını açıqladı
ABŞ-in hərbi kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrində şəxsi heyət və hərbi texnika çatışmazlığının ölkənin hərbi imkanlarını məhdudlaşdırdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Pentaqon və ABŞ Dövlət Departamentinin baş müfəttişlərinin yayımladığı hesabatda bu barədə məlumat verilib.
Hesabatda Kiyevin Qərbin qeyri-sabit olaraq qalan hərbi təchizatından asılılığının davam etdiyi qeyd olunub. Ukraynanın raket-interseptorları ilə bağlı çatışmazlıq yaşadığı və hava hücumundan müdafiə sistemləri üçün xarici dəstəyə ehtiyac duyduğu bildirilib.
Sənədin müəllifləri həmçinin Ukraynanın Rusiya qoşunlarının qurudakı irəliləyişinin qarşısını ala bilmədiyini qeyd ediblər.
11:45 14.08.2026
Oxunuş sayı: 44