Bu 5 küçə həftənin bütün günləri piyada zonası olacaq
Bakının mərkəzində beş küçəyə tətbiq olunan piyada zonası qaydaları oktyabrın 5-dən həftənin bütün günlərini əhatə edəcək.
Crossmedia.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Dəyişiklik Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil olunacaq.
Həmin ərazilərdə iki ildən artıqdır ki, avtomobillərin hərəkəti həftəsonları məhdudlaşdırılır. Yeni qaydaların tətbiqinə oktyabrın 5-dən test rejimində başlanılması nəzərdə tutulur.
Fərdi parklanma talonu olan sakinlərin, operativ, tibbi, kommunal və logistika xidmətlərinə aid nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək.
15:32 28.09.2026
Oxunuş sayı: 49