Tramp xarici dronlara 100%-dək rüsum tətbiq edir
ABŞ Prezidenti Donald Tramp xaricdən gətirilən pilotsuz uçuş aparatları və onların komponentlərinə 100%-dək gömrük rüsumunun tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.
Crossmedia.az xəbər verir ki, Ağ Ev yeni rüsumlarla bağlı qərarın ABŞ-in xarici dron təchizatçılarından asılılığını azaltmağa yönəldiyini bildirib.
Ağ Evin açıqlamasında bəzi xarici dron texnologiyalarının milli təhlükəsizlik üçün risk yarada biləcəyi qeyd olunub.
11:39 14.08.2026
Oxunuş sayı: 44