Yeganə keçid məntəqəsi dayandırıldı – Gürcüstan–Rusiya sərhədində nə baş verir?
Gürcüstanla Rusiya arasındakı Kazbegi – Yuxarı Lars sərhəd-keçid məntəqəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, qərara Devdoraki dərəsində su səviyyəsinin artması səbəb olub.
Bildirilib ki, ərazidə quraşdırılmış erkən xəbərdarlıq sistemi çay yatağında dəyişiklik qeydə alıb. Protokola uyğun olaraq sərhəd-keçid məntəqəsində olan vətəndaşlar, patrul polisi, sərhəd polisi əməkdaşları və özəl şirkətlərin nümayəndələri təxliyə edilib.
Təhlükənin qarşısını almaq məqsədilə sərhədə yaxın Qveleti kəndi ərazisində avtomobillərin hərəkəti də məhdudlaşdırılıb.
Qeyd edək ki, Kazbegi – Yuxarı Lars Gürcüstanı Rusiya ilə birləşdirən yeganə fəaliyyətdə olan sərhəd-keçid məntəqəsidir.
22:18 13.08.2026
Oxunuş sayı: 47