Rusiya MN: Odessa limanında hərbi avadanlıqlar vurulub
Rusiya Müdafiə Nazirliyi Odessa limanında yanacaq-sürtkü materialları üçün nəzərdə tutulan rezervuarların və hərbi təyinatlı yüklərin boşaldılmasında istifadə edilən avadanlıqların məhv edildiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri həmçinin Nikolayev vilayətinin Oçakov limanında Ukraynaya məxsus patrul katerini vurub.
Rusiya bildirib ki, zərbələr hərbi infrastruktur obyektlərinə qarşı həyata keçirilib.
19:20 13.08.2026
Oxunuş sayı: 43