Erməni məhsullarına Rusiya qapısı yenidən açılır - Moskva şərtini deyib
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan və Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut arasında görüşdə erməni məhsullarının Rusiya bazarına tədarükü məsələsi müzakirə edilib.
Crossmedia.az bu barədə ˝Sputnik Armenia˝-ya istinadən xəbər verir.
Görüş Almatı şəhərində baş tutub.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Rusiya bazarına idxal olunan kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi tədarüklərin bərpası üçün əsas şərt hesab olunur.
Rusiya erməni istehsalçılarının öz xammalından istifadə etməsini, pestisidlərə nəzarətin gücləndirilməsini, məhsulların izlənə bilməsini və digər məcburi tələblərin yerinə yetirilməsini vacib sayır.
18:25 13.08.2026
Oxunuş sayı: 48