Horadizdə NARKOTİK ƏMƏLİYYATI – İran vətəndaşı saxlanıldı
İrandan Azərbaycana 7,5 kq narkotik keçirmək cəhddinin qarşısı alınıb.
Bu barədə Crossmedia.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1810 ədəd psixotrop tərkibli Metadon M-40 həbini qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşı – 1975-ci il təvəllüdlü Ağapur Hüseyn Novruz saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
17:28 13.08.2026
Oxunuş sayı: 51