Türkiyədə 115 turistin olduğu katerdə yanğın
Türkiyənin Muğla vilayətinin Fəthiyə şəhəri yaxınlığında göyərtəsində 115 nəfərin olduğu ekskursiya katerində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə turistlərin olduğu ekskursiya qayığında qeydə alınıb.
Sahil mühafizəsi əməkdaşları bütün sərnişinləri təhlükəsiz şəkildə təxliyə edərək limana çatdırıblar. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
16:22 13.08.2026
Oxunuş sayı: 52