Rusiya Türkiyədən Qara dənizdə moratorium təklifi almayıb
Rusiya Türkiyədən Qara dənizdə hərbi əməliyyatlara moratorium tətbiq edilməsi ilə bağlı rəsmiləşdirilmiş təklif almayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bu barədə açıqlama verib.
Qruşko bildirib ki, müxtəlif kanallar vasitəsilə müəyyən ideyalar səsləndirilir, lakin Moskva bu məsələ ilə bağlı heç bir rəsmi və rəsmiləşdirilmiş təklif əldə etməyib.
16:12 13.08.2026
Oxunuş sayı: 55