Rusiya Uitkoff və Kuşneri qəbul etməyə hazırdır
Rusiya ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin səfərini operativ şəkildə təşkil edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib.
Ryabkov qeyd edib ki, Moskva onların real planları dəqiqləşdikdən sonra qəbulu qısa müddətdə təşkil edə biləcək.
13:38 13.08.2026
Oxunuş sayı: 39