ABŞ Ukraynaya yardımı 2029-a qədər uzadır
Pentaqon Ukraynaya ayrılmış 400 milyon dollarlıq hərbi yardımın xərclənməsini onilliyin sonunadək uzatmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" ABŞ Müdafiə Nazirliyinin 2026-cı maliyyə ilində Konqres üzvlərinə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Məlumata görə, Donald Tramp administrasiyası Konqresi məlumatlandırıb ki, ayrılmış vəsaitin tam xərclənməsi 2029-cu maliyyə ilinə qədər başa çatmayacaq. Bu qərar Ukraynanın silah çatışmazlığı ilə üzləşdiyi bir vaxtda qəbul edilib.
Agentlik bildirir ki, məktubun göndərilməsindən iki ay keçməsinə baxmayaraq, vəsait hələ ayrılmayıb və müqavilələr də bağlanmayıb.
Plana əsasən, 200 milyon dollar silah və sursatın alınmasına, 99,9 milyon dollar müxtəlif texnika və ehtiyat hissələrinə, daha 100 milyon dollar isə müdafiə məhsullarının Ukraynaya daşınması xidmətlərinə yönəldiləcək.
15:42 28.07.2026
Oxunuş sayı: 56