Quşlar NATO qırıcısını havaya qaldırdı
Litvada quş sürüsü pilotsuz uçuş aparatları (PUA) kimi qiymətləndirildikdən sonra NATO qırıcısı havaya qaldırılıb və Vilnüs hava limanının fəaliyyəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzinə istinadən bu barədə məlumat yayıb.
Mərkəzdən bildirilib ki, radar ekranlarında quşlar və PUA-lar ilk baxışdan eyni iz buraxır.
Hadisə ilə bağlı yaranan həyəcan nəticəsində Vilnüs hava limanının fəaliyyəti 38 dəqiqəlik dayandırılıb.
18:43 13.09.2026
Oxunuş sayı: 47