Peskov: Zelenskinin bəyanatı eskalasiya xarakterlidir
Ukrayna Prezidenti Volodimir Zelenskinin enerji infrastrukturuna endirilən zərbələrə cavab veriləcəyi ilə bağlı bəyanatı eskalasiya xarakterli yeni açıqlamadır.
Crossmedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında belə deyib.
Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Rusiyaya və ölkə iqtisadiyyatına sarsıdıcı zərbələr endirilməsi ilə bağlı 40 günlük plandan danışıb.
Kremlin sözçüsü Zelenskinin son bəyanatını da eskalasiya xarakterli yeni addım kimi qiymətləndirib.
16:47 13.09.2026
Oxunuş sayı: 53