Polşa MN: Navrotski "Patriot"ların Ukraynaya verilməsindən xəbərdar idi
Polşanın müdafiə naziri bəyan edib ki, Karol Navrotski Ukraynaya "Patriot" sistemlərinin göndərilməsi barədə məlumatlı olub və bu məsələni onunla müzakirə edib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Nazirin sözlərinə görə, Navrotskinin bunun əksini iddia etməsinə baxmayaraq, o, "Patriot" sistemlərinin Ukraynaya tədarükü ilə bağlı məlumatlı idi.
Xatırladaq ki, Polşa Müdafiə Nazirliyi müxalifət siyasətçilərinin hökuməti Kiyevə raket ötürməkdə ittiham etməsindən sonra Ukraynaya göstərilən hərbi yardım barədə məlumatların məxfiliyini aradan qaldırmaq qərarı qəbul edib.
17:56 27.07.2026
Oxunuş sayı: 49