Dağa qalxmaq faciə ilə nəticələndi: Elbrusda 5 alpinist öldü
Rusiyanın Elbrus dağında köməksiz vəziyyətdə qalan yeddi alpinistdən beşi həyatını itirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, alpinistlərin hamısı Bosniya və Herseqovina vətəndaşları olub.
Məlumata görə, qrupdan yalnız iki nəfər sağ qalıb. Onlardan biri dağdan enərək xilasedicilərə xəbər verib, digəri isə hadisə yerində xilas edilərək tibbi yardım alıb. Hazırda hər iki alpinistin xəstəxanada müalicəsi davam edir.
İlkin məlumata əsasən, yürüş zamanı iki turistin səhhəti qəfil pisləşib. Bundan sonra qrup kömək siqnalı göndərib və Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağ axtarış-xilasetmə dəstəsi əməliyyata cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır. Xilasedicilər bölgədə əməliyyatları başa çatdırıblar.
09:12 26.07.2026
Oxunuş sayı: 67