Ələkbərov 2026-cı ilin dividend lideri oldu – Gəliri AÇIQLANDI
“Lukoyl” şirkətinin əsas səhmdarlarından biri Vahid Ələkbərov 2026-cı ildə ən yüksək dividend gəliri əldə edən 75 rusiyalının siyahısına başçılıq edib.
Crossmedia.az xəbər verir ki, “Forbes” bu barədə məlumat yayıb.
Nəşrin hesablamasına görə, Ələkbərovun dividend ödənişləri 106,2 milyard rubl təşkil edib. Sentyabrın 25-dəki məzənnə ilə bu məbləğ təxminən 2,14 milyard manata bərabərdir.
Siyahıda ikinci yeri “Novatek”in idarə heyətinin sədri Leonid Mixelson və ailəsi tutub. Onların dividend gəliri 87,1 milyard rubl qiymətləndirilib.
Üçüncü pillədə isə “Novatek” və “Sibur” şirkətlərinin direktorlar şuralarının üzvü Gennadi Timçenko qərarlaşıb. Onun dividend ödənişləri 71,5 milyard rubl təşkil edib.
“Forbes”in məlumatına görə, reytinqdəki məbləğlər vergi tutulmazdan əvvəl hesablanan dividend ödənişlərini əhatə edir.
09:26 28.09.2026
Oxunuş sayı: 39