Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib
Gəndov–Yalama avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına doqquz nəfər müraciət edib.
Crossmedia.az xəbər verir ki, müraciət edənlərdən altısı Şabran, ikisi Ağsu, biri isə Naxçıvan sakinidir.
Yaralıların müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir.
09:33 28.09.2026
Oxunuş sayı: 47