İstanbulda yollar kilidləndi: Nəqliyyat sıxlığı 89 faizə çatdı
İstanbulun bir sıra əsas magistral yollarında səhər saatlarında nəqliyyat sıxlığı müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Asiya hissəsində D-100 avtomobil yolunda Tuzladan başlayan sıxlıq Avrasiya Tunelinin girişinə qədər davam edib.
TEM avtomobil yolunda Sultanbəylidə başlayan nəqliyyat sıxlığının 15 İyul Şəhidlər Körpüsünə qədər uzandığı bildirilib. Magistralın Fatih Sultan Mehmet Körpüsü istiqamətində, Şilə avtomobil yolunda isə Altunizadədən Ümraniyəyə qədər avtomobillərin ağır hərəkət etdiyi qeyd olunub.
Avropa hissəsində D-100 yolunun Haliç körpüsü, Halıcıoğlu, Ədirnəqapı və Cevizlibağ ərazilərində sıxlıq yaranıb. Məlumata görə, yağıntının da təsiri ilə Mecidiyəköydə hər iki istiqamətdə nəqliyyatın hərəkəti çətinləşib.
TEM avtomobil yolunun Bahçeşehir, Saadetdere və Beylikdüzü istiqamətlərində də nəqliyyatın ağır hərəkət etdiyi bildirilib.
Şəhərin ictimai nəqliyyatında da sərnişin sıxlığı yaşanıb. Zincirlikuyu, Cevizlibağ, Uzunçayır və Altunizadə kimi əsas transfer məntəqələrində sərnişinlərin nəqliyyat vasitələrinə minmək üçün növbə gözlədiyi qeyd olunub.
Metro İstanbul isə hava şəraiti ilə əlaqədar TF1 Maçka-Taşkışla kanat yolunda reyslərin həyata keçirilmədiyini açıqlayıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinin “Cep Trafik” xəritəsinin məlumatlarına əsasən, səhər saatlarında şəhər üzrə nəqliyyat sıxlığı 72 faizə yüksəlib. Asiya hissəsində sıxlıq 89 faiz, Avropa hissəsində isə 58 faiz təşkil edib.
10:35 28.09.2026
Oxunuş sayı: 45