Trampdan Ukraynaya xəbərdarlıq: Bu gəmilərə toxunmayın
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya Qara dənizdə Rusiya bayrağı daşımayan və ya Rusiya ilə əlaqəsi olmayan gəmilərə hücum etməmək barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, “Wall Street Journal” (WSJ) yazır ki, Ukrayna dronlarının Novorossiysk yaxınlığında dörd tankerə zərbə endirməsindən sonra, onlardan birinin Chevron şirkəti tərəfindən icarəyə götürüldüyü məlum olub. Bundan sonra ABŞ neft şirkətinin nümayəndələri vəziyyəti Tramp administrasiyası ilə müzakirə ediblər.
Məsləhətləşmələrdən sonra Vaşinqton Kiyevə Qara dənizdə qeyri-Rusiya gəmilərinə hücumların arzuolunmaz olduğunu bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton Qazaxıstan neftinin Avropaya çatdırılması üçün Xəzər Boru Kəməri Konsorsiumunu Rusiya enerji resurslarına alternativ kimi mühüm marşrut hesab edir.
˝WSJ˝ qeyd edir ki, Chevron Qazaxıstanın ən böyük neft yatağı olan Tengiz yatağının 50 faizinə və həmin boru kəmərində 15 faizlik paya sahibdir.
Novorossiysk limanının fəaliyyətinə qoyulan məhdudiyyətlər isə artıq Qazaxıstanı saxlama imkanlarının məhdudluğu səbəbindən neft hasilatını azaltmağa məcbur edib.
20:46 25.07.2026
Oxunuş sayı: 64