ChatGPT-nin işində qlobal problem yaranıb
Dünyanın müxtəlif ölkələrində istifadəçilər OpenAI xidmətlərinin, o cümlədən ChatGPT əsaslı axtarış sisteminin işində problemlər yaşandığını bildirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Downdetector" platformasının məlumatında qeyd olunub.
Məlumata görə, problem ilə bağlı 3 mindən çox şikayət qeydə alınıb.
Şikayətlərin əksəriyyəti Moskva və ABŞ-dan daxil olub. Bundan başqa, Almaniyada da istifadəçilər ChatGPT-nin işində nasazlıqların olduğunu bildiriblər.
İstifadəçilərin sözlərinə görə, onlar hesablarına daxil ola bilmir, xidmətin cavab vermədiyini, yüklənmədiyini və tez-tez donduğunu qeyd edirlər.
15:08 25.07.2026
Oxunuş sayı: 79