Bu qurum AZCON-un idarəetməsinə verildi
“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC AZCON-un idarəetməsinə veriləcək qurumların siyahısına daxil edilib.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev 7 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısında dəyişiklik edib.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Müvafiq Fərmana əsasən, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu siyahıya daxil edilib.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
16:20 23.09.2026
Oxunuş sayı: 52