Ermənistanda müxalifət liderinə qarşı cinayət təqibi başladılıb
Ermənistan Baş Prokurorluğu “Güclü Ermənistan” partiyasının rəhbəri Narek Karapetyan barəsində açıq cinayət təqibinə başlanıldığını açıqlayıb.
Crossmedia.az bu barədə˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Məlumata görə, istintaq prosesi çərçivəsində Karapetyanın fəaliyyəti ilə bağlı hüquqi qiymətləndirmə aparılacaq.
Hadisənin detalları və ona qarşı irəli sürülən konkret ittihamlar barədə əlavə məlumat verilməyib.
21:12 22.07.2026
Oxunuş sayı: 62