Rusiyada məhkumlardan hərbçi hazırlanacaq
Rusiya Dövlət Duması məhkum vətəndaşların Silahlı Qüvvələrdə müqavilə əsasında xidmət etməsi imkanlarını genişləndirən qanun layihəsini qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadın xəbər verir.
Yeni qaydalara əsasən, strateji əhəmiyyətli malların, böyük həcmdə mədəni sərvətlərin, eləcə də Qırmızı kitaba daxil edilmiş heyvan və bitkilərin qaçaqmalçılığına görə məhkum olunan şəxslər də Rusiya ordusu ilə müqavilə bağlaya biləcəklər.
Həmçinin narkotik maddələrin qaçaqmalçılığı ilə bağlı məhkumluğu olan şəxslərə də bu imkan veriləcək.
Rusiya müdafiə nazirinin müavini Aleksandr Qoremykin bildirib ki, ağır cinayətlərə görə məhkum edilmiş şəxslərdən ibarət müqaviləli hərbçilər ordunun xüsusi bölmələrində xidmət edəcəklər.
19:54 22.07.2026
Oxunuş sayı: 66