Kaya Kallas: Aİ Ukraynaya lazım olduğu qədər dəstək verəcək
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib ki, Avropa İttifaqı Ukraynaya lazım olduğu müddətdə dəstəyini davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Kallasın sözlərinə görə, Rusiya Avropa üçün ekzistensial təhlükə yaradır və Moskvanın hibrid fəaliyyətləri Avropa İttifaqını müdafiə qabiliyyətini daha da gücləndirməyə məcbur edir.
O vurğulayıb ki, Aİ Ukraynanın təhlükəsizliyi və müdafiəsi istiqamətində dəstəyini davam etdirəcək.
17:43 22.07.2026
Oxunuş sayı: 53