Böyük Britaniya Ukraynaya dəstək üzrə kredit proqramına qoşulur
Böyük Britaniya Ukraynaya dəstək məqsədilə həyata keçirilən kredit proqramına qoşulacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiyanın davam edən hərbi təcavüzü fonunda Avropa İttifaqının 90 milyard avro həcmində ayırdığı kredit Ukraynanın 2026–2027-ci illərdə ən təxirəsalınmaz maliyyə ehtiyaclarının qarşılanmasına yönəldiləcək.
Qeyd olunub ki, Böyük Britaniyanın bu təşəbbüsə qoşulması Ukraynaya göstərilən beynəlxalq maliyyə dəstəyinin daha da gücləndirilməsinə xidmət edəcək.
17:25 22.07.2026
Oxunuş sayı: 52