Ukrayna səfiri: Azərbaycan şirkətlərinə tətbiq olunan sanksiyalar aradan qaldırılıb
Rusiya neftinin Avropa İttifaqının məhdudiyyətlərindən yan keçməklə ixracında iştirak etdikləri iddiası ilə Azərbaycan şirkətlərinə tətbiq olunan sanksiyalar aradan qaldırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "İnterfaks-Ukrayna" agentliyinə müsahibəsində bildirib.
Səfir bildirib ki, Azərbaycan və Ukrayna tərəfləri şirkətlərin qüvvədə olan sanksiya məhdudiyyətlərinə əməl etməsi ilə bağlı əməkdaşlığı davam etdirirlər.
17:12 22.07.2026
Oxunuş sayı: 57