XİN: Qərb Ukraynaya qoşun göndərmək planından əl çəkə bilər
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, “könüllülər koalisiyası” adlandırılan ölkələrin Ukraynaya qoşun yerləşdirmək planlarından imtina etməsi üçün sərt qarşıdurma tələb oluna bilər.
Crossmedia.az xəbər verir ki, diplomat bu barədə “Gazeta.Ru” nəşrinə açıqlamasında bildirib.
Miroşnik qeyd edib ki, söhbət böyük ehtimalla siyasi deyil, daha sərt xarakterli qarşıdurmadan gedir.
“Yalnız bizim tərəfdən hansısa sərt qarşıdurma nəticəsində. Onlar bunu özləri və ölkələri üçün təhlükə kimi gördükdə, bəlkə də bu mövqelərə yenidən baxacaqlar”, – deyə Rusiya rəsmisi bildirib.
O, Rusiyanın dəfələrlə NATO ilə müharibə aparmaq planının olmadığını açıqladığını xatırladıb.
Miroşnikin sözlərinə görə, buna baxmayaraq, Qərb ölkələri “xarakterik inadkarlıq nümayiş etdirir” və bu yanaşma daha məhsuldar istiqamətlərdə istifadə oluna bilərdi.
13:37 22.07.2026
Oxunuş sayı: 55