36 PUA zərərsizləşdirildi: Moskva yaxınlığında gərginlik artır
Moskva meri Sergey Sobyanin bildirib ki, şəhərə yaxınlaşan daha 7 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, hadisə nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Hesablamalarına əsasən, sutka ərzində Moskva istiqamətində ümumilikdə 36 pilotsuz uçuş aparatı məhv edilib.
Rusiya Müdafiə Nazirliyi və digər rəsmi qurumlar tərəfindən hadisənin detalları barədə əlavə məlumat verilməyib.
22:14 14.07.2026
Oxunuş sayı: 54