Ukrayna Rusiyanın mühüm gəminisini məhv etdiyini açıqladı
Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə məxsus İzumrud sərhəd mühafizə gəmisinin məhv edildiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumatına görə, Novorossiysk sahilləri yaxınlığında Sargan-3000 dəniz pilotsuz aparatı Rusiya FSB-nin sərhəd patrul gəmisini vurub. Bildirilir ki, zərbədən sonra gəmi batıb.
Açıqlamada gəminin ekipaj üzvləri arasında ölən və yaralananların olduğu iddia edilir.
Ukrayna Hərbi Dəniz Qüvvələri qeyd edib ki, İzumrud 2018-ci ildə Kerç boğazında Ukrayna gəmilərinə qarşı əməliyyatlarda iştirak edib.
Rusiya hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
22:20 14.07.2026
Oxunuş sayı: 49