Türkiyə-Ukrayna arasında illər əvvəl imzalanmış saziş təsdiq edildi
Ukraynanın Ali Radası Türkiyə ilə azad ticarət haqqında sazişi ratifikasiya edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Saziş hələ 2022-ci ilin fevralında imzalansa da, onun qüvvəyə minməsi üçün parlament təsdiqi tələb olunurdu.
Razılaşmanın iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına, gömrük maneələrinin azaldılmasına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyi bildirilir.
Sənəd Ukrayna ilə Türkiyə arasında kənd təsərrüfatı, sənaye və digər sahələrdə ticarət əlaqələrinin inkişafını nəzərdə tutur.
21:42 14.07.2026
Oxunuş sayı: 54