Merts: Ukrayna itkilərə son qoymaq üçün müharibəni bitirməyə hazırdır
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar masasına oturmağın vaxtının çatdığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Merts qeyd edib ki, atəşkəs barədə razılığa gəlmək və Ukraynadakı mənasız itkilərə son qoymaq lazımdır.
Almaniya kansleri vurğulayıb ki, təhlükəsizlik zəmanətlərinin necə formalaşdırılacağı məsələsi Ukrayna və onun tərəfdaşları müəyyən ediləcək, Moskva deyil.
“Ukrayna müharibəyə son qoymağa hazırdır. O, həmişə buna hazır olub. Biz də Avropa və ABŞ-nin dəstəyi ilə Ukrayna və Rusiya arasında sülh danışıqlarının aparılmasına açığıq”, – deyə Merts bildirib.
Onun sözlərinə görə, indi hər şey Rusiya Prezidenti Vladimir Putinin bu fürsətdən istifadə edib-etməyəcəyindən asılıdır.
21:02 14.07.2026
Oxunuş sayı: 51