Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanını qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanı, Quru Qoşunlarının Baş Qərargah rəisi Asim Munirlə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, "Anadolu" bu barədə məlumat yayıb.
Məlumata görə, görüş Ankaradakı Esenboğa Hava Limanında baş tutub və mətbuat üçün qapalı formatda keçirilib.
Danışıqlarda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak ediblər.
Görüş zamanı müzakirə olunan məsələlərlə bağlı rəsmi açıqlama verilməyib.
16:09 14.07.2026
Oxunuş sayı: 49