Kirill Dmitriyev: Öz səhvlərinə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışılır
Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev Avropa İttifaqı və Böyük Britaniya rəsmilərini öz səhvlərini etiraf etməməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Dmitriyev bildirib ki, Aİ və Britaniya bürokratları özlərinin yaratdıqları problemlərə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışırlar.
“Aİ və Böyük Britaniya bürokratları heç vaxt səhvlərini etiraf etmir və özləri yaratdıqları bütün ciddi problemlərə görə Rusiyanı günahlandırmağa çalışırlar. Məhz buna görə də Rusiya ilə qarşıdurma onlar üçün bu qədər vacibdir – tarixi uğursuzluqlarına görə məsuliyyətdən yayınmaq üçün”, – deyə RDIF rəhbəri X sosial şəbəkəsində yazıb.
Kirill Dmitriyev bu fikirləri norveçli politoloq Qlenn Dizenin məqaləsinə münasibət bildirərkən səsləndirib.
Qlenn Dizen öz növbəsində qeyd edib ki, Rusiyaya qarşı təbliğat Böyük Britaniya siyasətçiləri üçün məsuliyyətdən yayınmaq və daxili uğursuzluqlara görə günahı başqa tərəfin üzərinə yönəltmək vasitəsinə çevrilib.
13:42 14.07.2026
Oxunuş sayı: 56