Azərbaycanda milyonlarla insan tibbi xidmət üçün müraciət edib
Azərbaycanda 2026-cı ilin ilk 8 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 17 466 652 müraciət qeydə alınıb və vətəndaşlara 65 269 059 milyon tibbi xidmət göstərilib.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə 246 572 cərrahi əməliyyat icra olunub. Gündəlik orta hesabla tibb müəssisələrinə 83 974 müraciət daxil olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ölkə üzrə 8 ay ərzində ümumilikdə 1 103 705 müraciət qeydə alınıb.
10:17 13.10.2026
Oxunuş sayı: 50