Baltik üçlüyü Ukrayna hücumları ilə bağlı mövqelərini açıqladılar
Litva, Latviya və Estoniyanın Moskvadakı səfirlikləri Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün bu ölkələrin hava məkanından istifadə etdiyi barədə iddiaları rədd edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, üç ölkənin diplomatları Rusiya Xarici İşlər Nazirliyinə birgə bəyanat göndərərək, Ukraynaya belə məqsədlər üçün hava məkanından istifadə icazəsi vermədiklərini bildiriblər.
Səfirliklər qeyd ediblər ki, bu cür iddialar həqiqəti əks etdirmir.
21:12 11.07.2026
Oxunuş sayı: 57