Sənədlər qan və barıtla yazılacaq - Rusiya rəsmisi
Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçov bildirib ki, Ukraynadakı münaqişə danışıqlar yolu ilə başa çatacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Kosaçov “aif.ru” nəşrinə müsahibəsində qeyd edib ki, müharibənin başa çatması ilə bağlı sənədlər döyüş xəttində qan və barıtla yazılacaq.
Onun sözlərinə görə, danışıqlar zamanı əldə ediləcək razılaşmalar 2022-ci ilin aprelində müzakirə olunan razılaşmalardan əhəmiyyətli dərəcədə fərqlənəcək.
Kosaçov vurğulayıb ki, yekun sənədlərin məzmununa cəbhədəki vəziyyət və tərəflərin əldə etdiyi nəticələr təsir göstərəcək.
20:20 11.07.2026
Oxunuş sayı: 58