25 ildən sonra Nyu-Yorkda milyardlarla dollarlıq layihə başladı
Nyu-Yorkda 2001-ci il 11 sentyabr terror aktlarından 25 il sonra 2 Dünya Ticarət Mərkəzi adlı yeni göydələnin tikintisinə başlanılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
55 mərtəbədən ibarət olacaq bina 374 metr hündürlüyə malik olacaq və Amerikan Ekspress şirkətinin yeni baş qərargahına çevriləcək.
Tikinti işlərinin 2031-ci ildə başa çatdırılması planlaşdırılır.
Şəhər hakimiyyətinin hesablamalarına görə, layihə təxminən 3200 yeni iş yeri yaradacaq və Nyu-York iqtisadiyyatına təqribən 6 milyard dollar gəlir gətirəcək.
18:47 11.07.2026
Oxunuş sayı: 56