Polşa Ukraynaya veriləcək MiQ-29 qırıcılarının modernləşdirilməsinə şərtlə razıdır
Polşa Ukraynaya təhvil veriləcək MiQ-29 qırıcılarının modernləşdirilməsini müzakirə etməyə hazırdır, lakin bunun xərclərini Kiyevin ödəməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə məlumat yayıb.
Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, əgər Ukrayna qırıcıların modernləşdirilməsinə ehtiyac duyursa, Varşava bu prosesə dəstək verə bilər.
"Əgər Ukrayna modernləşdirməni zəruri hesab edirsə, biz kömək edə bilərik. Lakin xərclər Ukrayna tərəfinin üzərinə düşəcək", – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bu məqsədlə Avropa ölkələrindən birinin dəstəyi ilə xüsusi maliyyə mexanizmi də işə salına bilər.
Nazir əlavə edib ki, Polşanın silahlanmasında hazırda 14 ədəd MiQ-29 qırıcısı var və onların istismar resursu 2028-ci ilədək başa çatacaq.
16:51 11.07.2026
Oxunuş sayı: 58