Almaniyada dəmir yolundakı yanğın təxribat nəticəsində baş verib
Almaniyanın Köln və Düsseldorf şəhərləri arasındakı dəmir yolu xəttində baş verən yanğının təxribat nəticəsində törədildiyi ehtimal edilir.
Crossmedia.az xəbər verir ki, "DPA" bu barədə məlumat yayıb.
Məlumata görə, təxribatın məsuliyyətini "Angry Birds Commando" adlı qruplaşma üzərinə götürdüyünü iddia edib. Bildirilir ki, qruplaşma bununla bağlı bəyanatı "Indymedia" platformasında yayımlayıb.
Agentliyin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata əsasən, yanğın nəticəsində siqnal kabelləri zədələnib.
Hadisə səbəbindən Köln–Düsseldorf dəmir yolu xəttində qatarların hərəkəti müvəqqəti dayandırılıb. Rəsmi qurumlar yanğının səbəblərini araşdırır.
16:56 11.07.2026
Oxunuş sayı: 51