İran ABŞ-lə danışıqların bərpasını istəmir
İran ABŞ-dən danışıqların bərpasını xahiş etmədiyini və Vaşinqton mövqeyini dəyişməyənədək yeni danışıqlara başlamaq niyyətində olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, İranın "Fars" bu barədə məlumat yayıb.
Agentliyin mənbəyə istinadən yaydığı məlumata görə, Tehran ABŞ-lə danışıqların bərpası üçün heç bir müraciət etməyib.
Bildirilib ki, Vaşinqton mövqeyini dəyişməyənədək İran ABŞ-lə danışıqlara başlamağı planlaşdırmır.
İran və ABŞ rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
15:35 11.07.2026
Oxunuş sayı: 50