Krımda su təchizatı məhdudlaşdırılıb
Krımın bir sıra ərazilərində su şəbəkəsində baş vermiş qəza səbəbindən su təchizatı məhdudlaşdırılıb.
Crossmedia.az xəbər verir ki, "Krım Suyu" Dövlət Unitar Müəssisəsi ("Voda Krıma") bu barədə məlumat yayıb.
Məlumata görə, su təchizatındakı məhdudiyyətlər su şəbəkəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır.
Qurum qəzanın aradan qaldırılması istiqamətində təmir-bərpa işlərinin davam etdiyini bildirib. Suyun tam bərpasının nə vaxt başa çatacağı isə hələlik açıqlanmayıb.
15:47 11.07.2026
Oxunuş sayı: 54