Ermənistan "Starlink"dən yeni peyk terminalları alıb
Ermənistan rabitə infrastrukturunun dayanıqlığını gücləndirmək məqsədilə "Starlink" şirkətindən daha 56 peyk terminalı əldə edib.
Crossmedia.az xəbər verir ki, Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, yeni avadanlıqlar ölkənin mümkün fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması və sabit internet bağlantısının təmin edilməsi məqsədi daşıyır.
Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Ayrapetyan bildirib ki, terminallar yüksək sürətli və etibarlı internetə çıxışı təmin edəcək. Onun sözlərinə görə, bu, təbii fəlakətlər və digər fövqəladə vəziyyətlər zamanı dövlət xidmətlərinin fasiləsiz fəaliyyət göstərməsi üçün mühüm əhəmiyyət kəsb edir.
14:57 11.07.2026
Oxunuş sayı: 60