Peskov nüvə silahı ilə bağlı iddialara cavab verdi
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin nüvə silahından istifadə etməsi ilə bağlı şərtləri açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Peskov Die Weltwoche" nəşrinə müsahibəsində Rusiyanın nüvə doktrinasına əsasən, belə bir addımın yalnız dövlətin mövcudluğuna birbaşa təhlükə yarandığı halda mümkün olduğunu bildirib.
Onun sözlərinə görə, digər bütün hallarda Rusiyanın nüvə arsenalından istifadə etməsi nəzərdə tutulmur və bununla bağlı fərqli müzakirələr yalnız ehtimallar üzərində qurulan spekulyasiyalardır.
Peskov qeyd edib ki, Moskvanın nüvə siyasəti dəqiq müəyyən edilmiş qaydalara əsaslanır və bu çərçivədən kənar hər hansı yanaşma Rusiyanın rəsmi mövqeyini əks etdirmir.
14:41 11.07.2026
Oxunuş sayı: 56