Putini hədələyən Luindən gözlənilməz qərar
Rusiya Prezidenti Vladimir Putinlə görüş tələb edən və ona qarşı qiyamla hədələyən Aleksandr Lunin həbsdən çıxdıqdan sonra siyasətlə artıq maraqlanmadığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə yayılan məlumatlarda bildirilir.
Məlumata görə, Aleksandr Lunin niyyətini həyata keçirmək üçün Moskvaya gəldikdən sonra saxlanılıb və 11 sutka inzibati həbsdə qalıb.
Bildirilir ki, azadlığa buraxıldıqdan sonra Lunin ritorikasını dəyişərək siyasətin artıq onu maraqlandırmadığını bəyan edib.
Eyni zamanda, onun hələ də Moskvada qaldığı, otellərdə yerləşməsi, restoranlardan istifadə etməsi, stomatoloji xidmətlər alması və qarderobunu yeniləməsi üçün maliyyə vəsaiti əldə etdiyi iddia olunur.
14:53 11.07.2026
Oxunuş sayı: 53